среда, 3 июля 2013 г.

DƏYƏRLİ TƏƏSSÜF HİSSİ VƏ QARA KÜRÜ MƏSƏLƏSİ...


Etiraf edirəm ki, neçə illər idi bir sual məni çox narahat eləyirdi. Düşünürdüm ki, dünyanın böyük, güclü dövlətləri görəsən Azərbaycanla Ermənistan arasındakı münaqişədən razıdırlar, yoxsa narazı. Çünki bu məsələdə o qədər nala-mıxa vurulmuşdu ki, nə nalda nalllıq qalmışdı, nə də mıxda mıxlıq... Ona görə də bu sualı ha fırlayırdım, ha çevirirdim, dəqiq cavabını tapa bilmirdim. Hətta iş o yerə gəlib çatmışdı ki, həmin ölkə başçılarına teleqram vurub soruşmaq istəyirdim ki, ay lotular, münaqişədən razı və ya narazı olduğunuzu açıq-açığına bildirin. Çünki kimi dindirirsən, deyir bu münaqişənin müəllifləri elə o maygülülərin özləridir. Və heç kim düşünməsin ki, onlara teleqran vurub cavab alcağıma elə-belə, boşuna inanırmışam. Xeyr, qardaş, teleqramı vuranda cavab verməyənə söyüş qoyacaqdım. Qoy görüm, onda necə cavab verməyəcəkdilər. Nə isə, mətləbdən çox da uzaq düşməyim...

DƏNİZ NEÇƏYƏDİ???


Vallah-billah, bu gün belə bir mövzuda yazı yazmayacaqdım. Çünki fikrimdə tamam başqa problemlərdən bəhs etmək vardı. Amma səhər işə gələndən sonra bir-iki dost zəng vurub soruşdu ki, qardaş, "plyaj"dakı o hadisənin sonu necə oldu? O qoçuları yerində oturda bildin, ya yox?Mənim təəccüblə - "Nə hadisə? Hansı qoçular?.." soruşduğumu eşidib söhbəti uzatmadan mənə məsləhət gördülər ki, Milli.Az internet portalında verilən "Bakı çimərliklərində qoçular peyda olublar" xəbərini oxuyum. Yazılanlardan hali olandan sonra gördüm ki, dost-tanışın narahatlığı heç də tamamən əsassız deyilmiş. Sən demə, mənimlə adaş olan bir sordaşımızın Mərdəkan çimərliyində başına qəribə bir hadisə gəlib və o da götürüb olanları milli.az-a göndərib. Hadisə adaşımın Xəzər rayonu, Mərdəkan qəsəbəsinin çimərliyində uşaqlarını quma basdırarkən baş verib:

KOSMOPOLİTİZM, YOXSA SİMASIZLIQ?..


Xalqımız yüz illiklər boyu düşmənləri ilə vuruşdu, işğalçılara qarşı mübarizədə qan tökdü, arxadan zərbə vuranları, xəyanət edənləri zaman-zaman yerində oturtdu. Lakin bizi məhv etməyə çalışanlar, yurdumuzu ələ keçirmək, insanlarımızı Yer üzündən silmək istəyənlər tükənmək bilmədilər. Hey üstümüzə qıcandılar, hey tələlər, pusqular qurdular, hey səmimiyyətimizdən, sevgimizdən sui-istifadə edib süfrəmizin başında özümüzə düşmən kəsildilər, qəfildən zərbə vurmağa çalışdılar. Gücləri yetməyəndə isə içimizdəki zatı qırıqları, haram süd əmmişləri, keçmişinə, ocağına tüpürməyə hazır olanları... satın alıb üstümüzə qısqırdırlar. Və nə yazıq ki, Azərbaycanın, qardaş Türkiyənin qarı düşmənləri hələ də bu üslubda davam edirlər. Ən kiçik, ən ufacıq fürsətdən faydalanmağa çalışırlar. Əlbəttə, bu elə bir mövzudur ki, ondan bəhs edərkən çeşid-çeşid nümunələr, faktlar gətirərək istənilən həcmdə bir yazı ortalığa qoymaq mümkündür. Amma indi mən bu məsələnin yalnız bir məqamına diqqət çəkmək istəyirəm. 

GÜNAHLAR İÇƏRİSİNDƏ PARILTI...



Bilmirəm, siz belə bir ifadə eşitmisinizmi: Allahın lənətinə gəlmiş(lər)? Amma mən nəinki bu cür deyimi eşitmişəm, hətta oxuduğum kitabların bəzilərində həmin ifadəylə rastlaşmışam da. Lakin tələbəlik illərimdə savadlı, ağıllı, geniş dünyagörüşlü bir din adamından eşitdiklərim indiyədək yadımdadı. O, danışırdı ki, böyük günah əməllərinə görə Tanrının qəzəbinə gələnlər gec və ya tez buna görə cavab verirlər. Sadəcə olaraq belələri cəzalarını alarkən onun hansı səbədən, nə vaxt qazandıqlarını ya qəsdən xatırlamaq istəmirlər, ya da ümumiyyətlə unudurlar. O, deyərdi ki, günah əməllərin bu dünyadakı cəzasını almaq insan oğlu üçün hələ böyük mükafat hesab olunmalıdır. Çünki Böyük Yaradanın dərgahında hər şey daha fərqlidi. Və heç kəs belə düşünməsin ki, həyat şərtlərinin çətinliyi, maddi sıxıntılar, müəyyən məqsədlərin həyata keçməməsi və s. kimlərinsə boyuna biçilmiş həmin cəzaların sırasındadı. Əsla. Günah əməllərin bədəlləri insan oğluna böyük heybətiylə, dəhşətiylə ürcah olur. Hələ onlar da bizim gerçəkçi sandığımız dünyada baş verirsə...Bəzən bəhs etdiklərim haqqında düşünəndə niyəsə ilk növbədə bir sıra məşhurları xatırlayıram, o cümlədən XIX yüzillikdə yaşamış böyük ingilis şairi Persi Bişi Şellini... Onun yaşadıqlarının, keçdiyi həyat yolunun başqa bir yerə yozumu mümkünmü? Mən bilmirəm...

İSLAMA NÖVBƏTİ HƏQARƏT...


Lakin etiraf edək ki, özlərini müsəllman sayanların, Allaha ürəkdən inananların belə zamanlarda özlərinə təsəlli verə biləcək iki məqamdan biri bütün bu iyrənciliklərin xristian dünyasında baş verdiyini anlamaqdır. Xristian adını daşısalar da fəqət daxilən inanclı olmayanlar zatən bizi əzəldən də sevməmişlər ki.
Təsəvvür edirsinizmi, hətta bu təsəllinin belə əlimizdən alındığı məqamlar da var. İslami dəyərlərin, dinin ən üst səviyyədə qorunduğu ölkələrdə belə dini və milli şovinistlər İslamın inanclarına, Qurani-Kərimə, müqəddəs peyğəmbərimizə çamur atmağa cəhd edə bilirlər. Xeyr, onlar da hər şeyi gizlində deyil, aşkarcasına, hətta özlərini qəhrəman saya biləcəklərcəsinə edirlər.

пятница, 24 мая 2013 г.

"İQRUŞKALAR"...

Mən deyəndə ki, Amerikanı, yəni ABŞ-ı seçdikləri prezidentlər yox, prezident olmayanlar idarə edir, heç kəs inanmırdı. İnanmamaqları bir yana qalsın, "ə kişi, elə şey olmaz" - deyib məni məlumatsızlıqda qınayırdılar. Neyləmək olar, zamanəmiz belədi də, nə vaxt düz söz danışırsan bir kimsə sənə qulaq asmır, elə ki, başlayırsan hapa-gopa basmağa adamlar ağızlarını açıb ancaq səni dinləyirlər.

среда, 22 мая 2013 г.

QƏTLİAM GECƏSİ.....



Tanrının Yer üzünə göndərdiyi dinlər insanları inama, xeyirxahlığa, sevgiyə, humanizmə, rəhmdilliyə, doğruluğa, halala, savaba... səsləyir. Və dönə-dönə xatırladılır ki, kimsə ona verilən ömrü günah qazanmağa sərf etməsin, çünki bir gün hər kəs əməllərinin hesabını verməli olacaq. Bu zaman heç kimin maddi durumu, statusu, cinsi mənsubiyyəti, savadı, peşəsi, vəzifəsi... yox, yalnız günahları və savabları nəzərə alınacaq. Lakin çox qəribədir, min illərdi insanlar bütün bu həqiqətləri bilə-bilə, dərk edə-edə yenə günah əməllərdən, haramdan əl çəkmək istəməyiblər.

Əslində çoxları bunun səbəblərini mütləq mənada insanın nifrətində, nəfsində, qəzəbində, xəbis niyyətində, intiqam duyğularında görürlər. Və ilk baxışdan belə iddia doğru da görünür. Lakin unudulur ki, bütün bu sadalananlar əslində Ruhun iblisə satılması yollarıdır. Çox sadə bir məntiq var: Tanrı sevgisi, Tanrı qorxusu olmayan qəlblərdə mütləq iblis öz taxtını quracaqdır. Belələri sadəcə, cəmiyyətdə iblisin nökəri kimi tanınmaq istəmədikləri üçün imanlı insanlar kimi Allah kəlməsini, hətta duaları da dillərinin əzbərinə çevirirlər. Və belə günah və haram sahiblərinin Allaha inandıqlarını söyləmək çox absurd görünür. Belələrinə Müqəddəs Kitabda ad da verilib - münaqiflər. Onlar Tanrının adını dildə əzbər edib daxildə O-na inanmayanlardı. Çünki belələri qorxmadan günah və haram... işlətməklə Qiyamət gününə də inanmırlar. Yəni, əməllərinə görə, sorğu edilməyəcəklərinə əmindirlər. Yoxsa, insanların tərtib etdikləri cinayət məcəlləsindəki maddələrə görə cinayət törətməkdən çəkinənlər Sonsuz Qüdrət Sahibinin buyuruqlarından çıxardılarmı?!